- 11:34
Türkiyənin Aydın şəhərində turistləri daşıyan avtobusa hücum edilib.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Aydının Didim rayonunda yolda yaranan mübahisə zamanı 5 nəfər xarici turistləri daşıyan tur avtobusunu daşlayaraq sürücünü yaralayıb.
Daha sonra avtomobildə olan şəxslər avtobusun qarşısını kəsib, şübhəlilər avtobus sürücüsünü söyüb və nəqliyyat vasitəsini daşqalaq ediblər.
Yaralanan sürücü Didim Dövlət Xəstəxanasına aparılıb.
Hadisəni törədən şəxslər saxlanılıb.
Şəbnəm Mehdizadə