- 11:34
Polşa Daxili Təhlükəsizlik Agentliyinin əməkdaşları 28 yaşlı ölkə vətəndaşını Rusiyanın xeyrinə casusluq etmək ittihamı ilə saxlayıblar.
E-huquq.az xəbər verir ki, bunu Polşa Daxili İşlər Nazirliyinin sözçüsü Yaçek Dobrzinski bildirib.
Həmin şəxs Rusiya kəşfiyyatının maraqları naminə fəaliyyət göstərməyə hazır olduğunu ifadə etməkdə, o cümlədən mühüm müdafiə əhəmiyyəti olan obyektlərin fəaliyyəti ilə bağlı məlumat toplamaq və ötürməklə xüsusi xidmət orqanlarının maraqlarına uyğun hərəkət etməkdə ittiham olunur.
Qeyd edək ki, 2022-ci ilin fevralından Polşa kəşfiyyat xidmətləri Rusiya Federasiyası və Belarusun xeyrinə “casusluq və ya təxribat” şübhəsi ilə 40-dan çox adamı saxlayıb.
Humay Eminqızı