Nyu-Yorkda etirazlar zamanı 65 nəfər həbs edilib


  • 11 İyun 13:09

ABŞ-ın Nyu York şəhərində qeyri-qanuni miqrantlara dəstək nümayişləri zamanı 65 nəfər həbs edilib.

E-huquq.az “New York Post”a istinadən xəbər verir ki, minlərlə insan davam edən deportasiyalara etiraz etmək üçün Aşağı Manhettendəki Foley meydanına toplaşıb.

Əllərində müxtlif etiraz şüarları səsləndirən nümayişçilər bəzi yolları bağlayıblar.

Axşam saatlarında polislə etirazçılar arasında şiddətli toqquşmalar baş verib. Etirazçılar polisə su şüşələri və müxtəlif əşyalar atıb, polis isə etirazçılara bibər qazından istifadə edib.

Hadisələr zamanı saxlanılan 65 nəfərin “ictimai asayişi pozmaq” maddəsi ilə ittiham olunduğu və saxlanılanların sayının arta biləcəyi bildirilib.

Nyu-Yorkla yanaşı San Fransisko, Sietl və Çikaqo kimi digər böyük şəhərlərdə də nümayişlər keçirilir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər