- 11:34
Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Novqorod vilayətində ictimai xadim - xüsusi hərbi əməliyyat veteranının avtomobilini partlatmağı planlaşdıran Ukrayna xüsusi xidmət orqanlarının agentini saxlayıblar.
E-huquq.az xəbər verir ki, bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
Şübhəli şəxs veterana məxsus avtomobili partlatmaq məqsədi ilə Velikiy Novqorodda gizləndiyi yerdən əldəqayırma partlayıcı qurğunu çıxarıb və terror aktı hazırlayarkən FTX əməkdaşları tərəfindən saxlanılıb.
Humay Eminqızı