Almaniyada müsəlmanlara qarşı hücumlar kəskin artıb


  • 11 İyun 15:41

Ötən il Almaniyanın paytaxtı Berlində müsəlmanlara qarşı hücumların 70 faizə yaxın artıb.

E-huquq.az xəbər verir ki, bu barədə məlumat Almaniyada fəaliyyət göstərən İslamofobiya və İslamofobiyaya Qarşı Alyansın (CLAIM) hazırladığı hesabatda yer alır.

Belə ki, 2024-cü ildə Berlində müsəlmanlara qarşı 644 hücum və ayrı-seçkilik hadisəsi qeydə alınıb.

Bu, 2023-cü ilə nisbətən təxminən 70 faiz artım deməkdir.

Alyansın direktoru Rima Hanano Berlində keçirdiyi mətbuat konfransında aidiyyəti qurumları daha ciddi tədbirlər görməyə çağırıb.

Hücumlarda xüsusilə qadınların hədəf alındığını və cinsiyyəti məlum olan halların təxminən üçdə ikisini (64 faiz) təşkil etdiyini söyləyən Hanano, hadisə zamanı bir çox qurbanın uşaqlarının yanında olduğunu söyləyib.

Qeyd edək ki, təxminən 84 milyon əhalisi olan Almaniyada təxminən 5,5 milyon müsəlman yaşayır. Almaniya Qərbi Avropada Fransadan sonra ikinci ən çox müsəlman əhalisinə malik olan ölkədir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər