Hindistanda gəmidə yanğın zamanı itkin düşən 4 ekipaj üzvünün axtarışı davam edir


  • 11 İyun 15:51

Hindistanın Kerala əyalətində yük gəmisində güclü yanğın zamanı itkin düşən 4 ekipaj üzvünün axtarışları davam edir.

E-huquq.az Nyu-Dehlidə yerləşən NDTV telekanalına istinadən xəbər verir ki, Sinqapur bayraqlı “MV Wan Hai 503” konteyner gəmisində baş verən partlayışdan sonra başlayan yanğın davam edir.

22 ekipaj üzvü olan gəminin 18 ekipaj üzvü xilas edilib, 4 nəfər isə hələ də axtarılır.

6 ekipaj üzvü xəstəxanaya aparılıb.

Hindistan Milli Okean İnformasiya Xidmətləri Mərkəzi (INCOIS) partlayış və yanğından sonra mümkün neft sızması" barədə xəbərdarlıq edib.

Qeyd edək ki, iyunun 7-də Şri-Lankanın Kolombo şəhərindən yola düşən 269 metrlik gəminin həftənin əvvəlində Hindistanın Mumbay şəhərinə çatacağı gözlənilirdi.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər