- 11:34
Türkiyənin Aksaray şəhərində artıq çəkidən azad olmaq istəyən qadın ölümdən dönüb.
E-huquq.az türkiyə KV-ə istinadən xəbər verir ki, arıqlamaq üçün tez-tez bitki çayı içən Büşra K. qaraciyər çatışmazlığı səbəbindən komaya düşüb.
Xəstəyə qaraciyər transplantasiyası əməliyyatı edilib.
Gündəlik istehlakı bəzən 4 stəkana qədər çıxan gənc qadın eyni müddət ərzində ağrıkəsici də istifadə edib. Xəstənin əllərində qırmızı ləkələr əmələ gəlib, oynaq ağrıları artıb və çaşqınlıq yaranıb.
İlk tibbi müdaxilədən sonra vəziyyəti pisləşən qadın Antalya Təhsil və Araşdırma Xəstəxanası Orqan Nəqli Mərkəzinə göndərilib.
Canlı donor tapılmadığı üçün orqan gözləmə siyahısına salınıb. Təxminən 24 saat ərzində uyğun donor tapılıb və qaraciyər transplantasiyası həyata keçirilib.
Əməliyyatdan sonra reanimasiyada müalicə olunan qadının qaraciyər funksiyaları normallaşıb. O, əməliyyatın 3-cü həftəsində evə buraxılıb.
Şəbnəm Mehdizadə