ABŞ və Çin arasında razılıq əldə edilib


  • 11 İyun 16:42

ABŞ və Çin arasında razılıq əldə edilib.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp paylaşım edib.

O, Çin ilə gömrük və ticarət vergiləri ilə bağlı razılaşmanın tamamlandığını vurğulayıb.

Ağ Ev rəhbəri Çinin lazımi qiymətli metalları təmin edəcəyini, ABŞ-nin isə Çinin tələblərini yerinə yetirəcəyini bildirib.

O bildirib ki, bura ABŞ universitetlərində təhsil alan çinli tələbələr də daxildir.

Müqaviləyə əsasən, ABŞ Çinə 55 faiz, Çin isə ABŞ-a 10 faiz rüsum tətbiq edəcək.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər