- 12:44
Türkiyənin Sakarya şəhərində 9 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sakaryanın Hendek rayonunda magistral yolda yoxlamalar aparılıb.
Bu zaman saxlanılan avtomobilin baqajında 9 qeyri-qanuni miqrant aşkarlanıb.
Nəqliyyat vasitəsinin sürücüsü həbs edilib, miqrantlar isə deportasiya olunub.
Hadisə ilə bağlı araşdırma aparılır.
Şəbnəm Mehdizadə