Tayvanda 6,4 bal gücündə zəlzələ olub


  • 11 İyun 17:34

Tayvanın şərq sahilindəki Hualien əyaləti sahillərində 6,4 bal gücündə zəlzələ baş verib.

E-huquq.az xəbər verir ki, bu barədə Mərkəzi Meteorologiya Bürosu (CWA) məlumat yayıb.

Yeraltı təkanların episentri Hualien əyalətindən 69,9 kilometr cənubda olub.

Zəlzələnin 30,9 kilometr dərinlikdə qeydə alındığı açıqlanıb.

Zəlzələ nəticəsində dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər