Tramp G7 sammitində bir sıra ölkələrin liderləri ilə görüşəcək


  • 12 İyun 00:32

ABŞ Prezidenti Donald Tramp “Yeddilik Qrupu” (G7) sammiti zamanı bir sıra ölkələrin liderləri ilə təkbətək görüşlər keçirəcək.

E-huquq.az xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Livitt keçirdiyi növbəti brifinqdə bildirib.

“Prezidentlə digər xarici liderlər arasında kifayət qədər təkbətək görüşlərin olacağını təsdiqləyə bilərəm”, - mətbuat katibi bildirib.

Ondan Ukrayna Prezidenti Volodimir Zelenski, eləcə də Braziliya və Meksika liderləri Luis İnasio Lula da Silva və Klaudiya Şeynbaumla belə görüşlərin olub-olmayacağına aydınlıq gətirmək istənilib. Livitt əlavə edib ki, hazırda bütün görüşlərin qrafiki dəqiqləşdirilir və bu barədə jurnalistlərə daha sonra məlumat veriləcək.

G7-nin sammiti iyunun 15-17-də Kanadanın Alberta əyalətində keçiriləcək.

Oxşar xəbərlər