- 11:34
Türkiyənin Antalya şəhərində oteld güclü yanğın hadisəsi olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Antalaynın Alanya rayonunda yerləşən otelin türk hamamı hissəsində naməlum səbəbdən yanğın başlayıb.
Dərhal otelə yanğınsöndürənlər və tibb qrupları cəlb edilib.
Oteldə qalan qonaqlar təxliyə edilib.
Hadisə zamanı tüstüdən zərər çəkənlərə təcili tibbi yardım maşınında tibbi yardım göstərilib, 2 nəfər isə xəstəxanaya çatdırılıb.
Yanğınsöndürənlər tərəfindən alov qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində otelə ziyan dəyib.
Mehmanxananın qonaqları ərazidəki digər otellərə yönləndirilib.
Şəbnəm Mehdizadə