İldırım düşdü: 95 qoyun öldü


  • 12 İyun 07:14

Türkiyənin Şırnak şəhərində örüşdə otlayan xırda buynuzlu heyvan sürüsünün üzərinə ildırım düşməsi nəticəsində 95 qoyun tələf olub.

E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, təbii fəlakət Şırnakın Güçlükonak rayonunda baş verib.

Rayonun Boyuncuk kəndində heyvan otaran çoban qəfil yağan yağışdan sonra kəndə qayıtmaq qərarına gəlib.

Lakin kəndə yaxın əraziyə ildırım düşməsi nəticəsində sürüdəki 95 baş xırdabuynuzlu heyvan tələf olub.

Kənd sakinlərinin xəbəri ilə hadisə yerinə tibb və jandarma qrupları cəlb edilib.

Hadisə zamanı çobanın zərər görməyib.

Kənd Təsərrüfatı İdarəsinin əməkdaşları dəyən ziyanı hesablayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər