- 11:34
Almaniyaya köçənlərin təxminən 26 faizi ölkəni tərk etməyi düşünür.
E-huquq.az Almaniya mətbuatına istinadən xəbər verir ki, bu barədə Almaniyanın Əmək Bazarı və Peşə Tədqiqatları İnstitutu (IAB) raşdırma aparıb.
Araşdırma nəticəsində məlum olub ki, Almaniyaya miqrasiya edənlərin dörddə biri (təxminən 2,6 milyon) ölkəni tərk etməyi düşünür və bu, xüsusilə yüksək təhsilli geri qayıtmaq istəmir.
Ölkəni tərk etmək istəyənlə arasında daha çox informasiya-kommunikasiya texnologiyaları, maliyyə sahəsində çalışanlar var.
Hesabatda miqrantların, xüsusilə də Avropadan olanların öz ölkələrinə qayıtmaq istədikləri qeyd edilib.
Onlar Almaniyanı tərk etmək niyyətlərinin əsas səbəbi kimi siyasi narazılıq, şəxsi səbəblər, vergi yükü və bürokratiyanı göstəriblər.
Avropanın ən böyük iqtisadiyyatı olan Almaniyanı tərk etməyi planlaşdıranlar arasında iş üçün gələnlərlə yanaşı, təhsil və ailə səbəbi ilə ölkəyə köçənlər də var.
Miqrantların ABŞ, İsveçrə və İspaniya olmaqla digər ölkələrə köçməyi planlaşdırdığı qeyd edilib.
Tədqiqat üçün 2024-cü ilin dekabrından 2025-ci ilin aprel ayına qədər xaricdə doğulmuş və Almaniyaya köçmüş 18-65 yaş arası 50.000 insanla onlayn sorğu keçirilib.
Şəbnəm Mehdizadə