- 11:34
Türkiyənin İstanbul şəhərində İŞİD-ə qarşı keçirilən əməliyyatda İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən və “xarici terrorçu döyüşçü” hesab edilən 15 şübhəlidən 9-u saxlanılıb.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, İstanbul Prokurorluğu tərəfindən aparılan istintaqda İŞİD-ə qoşulduqlarını göstərən məlumat blankları olan, sosial mediada təşkilati təbliğat apardıqları müəyyən edilən, İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən və “xarici terrorçu döyüşçü” sayılan 15 şübhəli müəyyən edilib.
Polisin keçirdiyi əməliyyatda 9 şübhəli saxlanılıb.
Qaçan 6 şübhəlinin tutulması istiqamətində işlər davam edir.
Şəbnəm Mehdizadə