Hindistanda qəzaya uğrayan təyyarədə olan 242 nəfərin hamısı öldü - YENİLƏNİB


  • 12 İyun 16:52

Hindistanda qəzaya uğrayan sərnişin təyyarəsindəki 242 nəfərin hamısı həlak olub.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, həyatını itirənlər arasında 10 nəfərlik ekipaj heyəti və bort bələdçiləri də var.

Təyyarədə 169 Hindistan vətəndaşı, 53 britaniyalı, 7 portuqaliyalı və 1 kanadalı sərnişin olduğu qeyd edilir.

İlkin versiyalara əsasən, hava gəmisinin quşla toqquşduğu və bu səbəbdən lazımi uçuş sürətini əldə edə bilmədiyi ehtimal olunur.

***

Hindistanda sərnişin təyyarəsi qəzaya uğrayıb

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, “Air India Airlines” aviaşirkətinə məxsus, göyərtəsində 242 nəfər olan sərnişin təyyarəsi Hindistanın Əhmədabad şəhərində qəzaya uğrayıb.

Yerli mediada yayılan məlumatlara görə, qəza Qucarat əyalətinin Meqani Naqar bölgəsində baş verib.

Təyyarənin Əhmədabaddan İngiltərənin Birmingem şəhərinə uçduğu bildirilir.

Qəza yerindən qalxan qatı qara tüstü səmanı örtüb.

Təyyarə yaşayış məntəqəsinə düşüb. Hadisənin ardından təhlükəsizlik qüvvələri əraziyə gedən bütün yolları bağlayıb.

Əraziyə çox sayda yanğınsöndürən və axtarış-xilasetmə qrupları cəlb olunub. Rəsmi qurumlar hələlik hadisə nəticəsində ölən və yaralananların sayı ilə bağlı məlumat verməyib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər