Ədirnədə ağır yol qəzası: ölən və yaralı var


  • 12 İyun 15:20

Türkiyənin Ədirnə şəhərində ağır yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, Havsa-Ədirnə yolunda minik avtomobilinin yük avtomobili ilə toqquşduğu qəzada sürücülər ağır yaralanıb.

Hadisə nəticəsində nəqliyyat vasitələrindən biri aşıb.

Əraziyə tibb xilasetmə, polis və jandarma qrupları cəlb edilib.

Yaralı sürücülər sağlamlıq qrupları tərəfindən Trakya Universiteti Tibb Fakültəsi Xəstəxanasına aparılıb.

Sürücülərdən birinin həyatını xilas etmək mümkün olmayıb.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər