- 17 İyul 19:34
Türkiyənin Konya şəhərində orta məktəbdə müəllimə silahlı hücum olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Konyanın Karatay rayonundakı orta məktəbə gələn şəxs tüfənglə müəllim Məhəmməd Özə atəş açıb.
Öz hadisə nəticəsində həyatını itirib.
Məktəbə polis və həkim briqadası göndərilib.
Polis qruplarının hadisə ilə bağlı başlatdığı genişmiqyaslı araşdırma davam edir.
Şəbnəm Mehdizadə