- 00:30
Türkiyənin Çanaqqala şəhərində ötən ay 376 qanunsuz miqrant saxlanılıb.
E-huquq.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, Çanaqqala polisi miqrant qaçaqmalçılığı ilə məşğul olan cinayət təşkilatına qarşı bir neçə əməliyyat keçirib.
Keçirilən əməliyyatlarda 23 miqrant qaçaqmalçısı həbs edilib, 376 qeyri-qanuni miqrant yaxalanıb.
Cinayətkarlrın qanunsuz miqrantları təşkil etdikləri qayıqlarla İtaliyaya apardığı məlum olub.
Şəbnəm Mehdizadə