- 00:30
2025-ci ilin may ayı indiyədək qeydə alınan ikinci ən isti may ayı olub.
E-huquq.az xəbər verir ki, bu barədə Avropa İttifaqının "Copernicus" İqlim Dəyişikliyi Xidməti məlumat yayıb.
Bildirilib ki, may ayının orta temperaturunun dünya üzrə 15,79 dərəcə olub.
Bu, 1991-2020-ci illərin orta göstəricisindən 0,53 dərəcə, sənayedən əvvəlki dövr hesab edilən 1850-1900-cü illərin orta göstəricisindən 1,4 dərəcə yüksək olub.
Mütəxəssislər, bu faktın qlobal istiləşmənin davam etdiyini açıq şəkildə göstərdiyini söyləyib.
Şəbnəm Mehdizadə