- 00:30
ABŞ öz vətəndaşlarına İraqa getməmək barədə xəbərdarlıq edib.
E-huquq.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti məlumat yayıb.
Məlumatda dövlət işçilərinə ölkəni tərk etmələri barədə göstəriş verilib.
Bəyanatda İraqa səyahət tövsiyəsi "səyahət etməyin" mənasını verən 4-cü səviyyəyə qaldırılıb və qırmızı xəbərdarlıq edilib.
Qərarın səbəbi kimi terror, adam oğurluğu, silahlı qarşıdurma, vətəndaş iğtişaşları və ABŞ hökumətinin İraqdakı vətəndaşlarına lazımi təcili yardım xidmətləri göstərmək imkanlarının məhdudluğu göstərilib.
Şəbnəm Mehdizadə