- 00:30
ABŞ Prezidenti Donald Tramp Ukrayna-Rusiya danışıqları ilə bağlı növbəti açıqlama verib.
E-huquq.az xəbər verir ki, Amerika lideri həm Moskvanı, həm də Kiyevi tənqid edib.
O, təkcə Rusiya Federasiyasının deyil, həm də Ukraynanın davranışından çox məyus olduğunu bildirib.
Amerika lideri jurnalistlərlə söhbəti zamanı yenidən müharibədə böyük itkilərdən danışıb və qeyd edib ki, tərəflər atəşkəslə bağlı razılığa gələ bilərdilər. Eyni zamanda o, komandasının müharibənin sona çatmasına nail olacağına əminliyini ifadə edib: “Müharibədə həftədə 5-6 min insan itirirlər – həm hərbçilər, həm də mülki vətəndaşlar həlak olur. Şəhərlər yenidən raketlərlə vurulur. Belə şəraitdə yaşamaq dəhşətlidir. Amma əminəm ki, biz bu işin öhdəsindən gələcəyik. Hələ ki, məyus deyiləm".