- 00:30
Rusiya ilə Ukrayna arasında münaqişənin həlli ABŞ Prezidenti Donald Trampın əlindədir.
E-huquq.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.
“Hər şey onun əlindədir. Sanksiyalar paketinin nə dərəcədə güclü olacağı ondan asılıdır. Qərarların qəbulu sürəti də ondan asılıdır”, - Zelenski qeyd edib.
Prezidentin fikrincə, Trampın Rusiyaya təzyiq göstərmək üçün lazım olan təsir rıçaqları var.