İran Ordusunun sözçüsü: "Cavabımız qəti olacaq"


  • 13 İyun 07:13

İran Silahlı Qüvvələrinin sözçüsü briqada generalı Əbolfəzl Şekarci bildirib ki, "İran İslam Respublikasının cavab tədbirləri qəti olacaq və düşmən ağır bədəl ödəyəcək".

E-huquq.az "IRNA"ya istinadən xəbər verir ki, İran ordusunun rəsmisi İsrailin hücumlarını "ABŞ-ın dəstəyi ilə həyata keçirdiyi" iddiası ilə çıxış edib.

O bildirib ki, Silahlı Qüvvələr tam hazır vəziyyətdədir və ağır cavab verəcək.

Sözçü eyni zamanda, bir neçə komandirin öldürüldüyünü təsdiqləyib.

Oxşar xəbərlər