İzmir sahillərində 41 qeyri-qanuni miqrant xilas edilib


  • 13 İyun 08:32

Türkiyənin İzmir şəhərinin Foça rayonu sahillərində 41 qeyri-qanuni miqrant xilas edilib.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Sahil Mühafizə Komandanlığı qanunsuz miqrantları daşıyan rezin qayığın mühərrikində nasazlıq səbəbindən batmaq təhülkəsi ilə üzləşməsi barədə məlumat daxil olmasından sonra bölgəyə sahil mühafizə gəmisi göndərib.

Komandalar rezin qayıqda olan 41 nizamsız miqrantı xilas edib.

Qeyri-qanuni miqrantlar əməliyyatlardan sonra miqrasiya idarəsinə təhvil verilib.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər