İsrail müdafiə naziri: “Bu, İsrail tarixində həlledici andır”


  • 13 İyun 09:20

İsrailin müdafiə naziri İsrael Kats İrana zərbə endirməsini “İsrail dövlətinin və yəhudi xalqının tarixində həlledici an” adlandırıb.

E-huquq.az xəbər verir ki, o bu sözləri İsrailin İrana zərbə endirməsindən bir qədər əvvəl yüksək rütbəli hərbi rəsmilərin iştirakı ilə keçirilən forumda çıxış edərək deyib.

“Vəzifəyə başladığım ilk gündən İranın nüvə proqramının qarşısının alınmasını əsas prioritet kimi müəyyən etdim”, – deyə Kats bildirib. O, İranın İsraili məhv etmək ideyasına “heç vaxt olmadığı qədər sadiq olduğunu” vurğulayıb.

“Hazırda kritik bir mərhələdəyik – əgər bu fürsəti qaçırsaq, İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün əlimizdə heç bir imkan qalmayacaq”, – deyə müdafiə naziri əlavə edib.

O bildirib ki, İsrail ötən bir il yarım ərzində İranın bölgədəki nümayəndələrinə qarşı tədbirlər görsə də, “indi birbaşa ilanın başı ilə – İranın özü ilə” qarşı-qarşıyadır.

Qeyd edək ki, daha əvvəl İsrail rəhbərliyi İrandan mümkün cavab zərbələrinə hazırlıq çərçivəsində fövqəladə vəziyyət elan edib.

Oxşar xəbərlər