- 00:30
Türkiyənin Çanaqqala şəhərində tibbi xidmət göstərən gəmidə partlayış olub.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Nazirlik Çanaqqalanın Kumkale yerində "Sağlamlıq-1" gəmisində partlayış baş verdiyini və 1 səhiyyə işçisinin həyatını itirdiyini açıqlayıb. Məlumatda, həmçinin 1 nəfərin yaralandığı qeyd olunub.
Şəbnəm Mehdizadə