Məzmuna keç

Antalyada zəncirvari yol qəzasında 4 nəfər yaralanıb

Türkiyənin Antalya şəhərinin Serik rayonunda zəncirvari yol qəzası baş verib.

E-huquq.az "TRT Haber"ə istinadən xəbər verir ki, minik avtomobili, pikap, yük maşını və mikroavtobus toqquşub.

Nəticədə 4 nəfər yüngül xəsarət alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım əməkdaşları tərəfindən ilkin tibbi yardım göstərilən yaralılar müalicə olunmaq üçün xəstəxanaya aparılıb.

Qəza səbəbindən yolda avtomobillərin sıxlığı yaranıb.

Şəbnəm Mehdizadə