Məzmuna keç

Sərnişin avtobusunda partlayış oldu, yaralanan var –

Türkiyənin Eskişehir şəhərində sərnişin avtobusunda partlayış olub.

E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, hərəkətdə olan avtobusun təkəri partlayıb və nəticədə yanğın başlayıb.

Sürücü sağ zolağa çıxaraq 5 yanğınsöndürən balonla yanğına müdaxilə etməyə çalışsa da, alov böyüməyə davam edib.

Hadisə yerinə çoxlu yanğınsöndürən və polis əməkdaşları göndərilib.

Yanğın nəticəsində 1 nəfər xəsarət alıb.

Yanğın 1 saat davam edən tədbirlər nəticəsində söndürülüb. Nəqliyyat vasitəsi yararsız hala düşüb.

Şəbnəm Mehdizadə