Kanada sahillərində qara rəngli aysberq aşkarlanıb


  • 13 İyun 10:47

Kanada sahillərində qara rəngli aysberq aşkarlanıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, balıqçı Hallur Antoniussen balıq tutarkən rast gəldiyi qeyri-adi aysberqin fotolarını çəkib.

Görüntülər sosial mediada paylaşıldıqdan sonra böyük marağa və müzakirələrə səbəb olub.

Alimlər bildirir kİ, normal şəraitdə aysberqlərin ağ görünməsinin səbəbi onların içərisində sıxışan hava qabarcıqlarıdır. Bu qabarcıqlar işığı bütün dalğa uzunluqlarına yayaraq ağ görüntü yaradır.
Zaman keçdikcə buz sıxıldıqca içindəki hava qabarcıqları azalır və buz şüşə kimi şəffaf olur. Bu halda qırmızı işıq udulur, mavi işıq isə daha çox səpələnir, beləliklə, aysberq mavi rəng alır.

Bununla belə, aysberqin əmələ gəlməsi zamanı müxtəlif maddələr də qarışa bilər. Məsələn, tərkibində dəmir oksidi olan aysberqlər yaşıl görünür. Qara və ya tünd boz aysberqlər adətən torpaq, qayalar və ya digər tünd rəngli materialların buza qarışması nəticəsində əmələ gəlir.

Kanadalı buzlaqşünas Lev Tarasovun fikrincə, belə bir aysberqin buzlaqdan qoparaq dənizə düşmə ehtimalı var. Tarasovun fikrincə, belə aysberqin min ildən yüz min ilədək yaşı ola bilər.

Başqa bir ehtimal da odur ki, bu qaralmaya böyük vulkan püskürməsi nəticəsində yaranan his və ya meteor zərbəsi səbəb olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər