Fransada evin divarında tapılan qızıl sikkə kolleksiyasının hərracı keçirilib


  • 13 İyun 11:34

Fransada bir evin divarında gizlədilən tarixi qızıl sikkələr kolleksiyası hərracda 3,48 milyon dollardan çox qiymətə satılıb.

E-huquq.az xarici mətbuata istinadən xəbər verir ki, sikkələr 2024-cü ildə vəfat edən kolleksiyaçı Paul Narceyə məxsus idi. Fransanın cənub-qərbində kiçik bir kənddə yaşayan Narce həyatı boyu böyük sərvətdən çox nadir qızıl sikkələr kolleksiyası toplamağa üstünlük verib

Onun bütün pulunu bu kolleksiyaya xərclədiyi məlum olub.

Narcenin kolleksiyası ümumilikdə mindən çox parçadan ibarətdir. Kolleksiya həm ölçüsünə, həm də nadirliyinə görə “qeyri-adi” kimi təsvir edilib.

Kolleksiyanın ən mühüm parçaları arasında Makedoniya Krallığına (e.ə. 336-323-cü illər) aid qədim sikkələr, həmçinin Fransa kralı XIV, XV Lüdovik və XVI Lüdovikin hakimiyyəti dövründən qalan qızıl sikkələrin demək olar ki, tam dəstləri var. Narcenin kolleksiyanı harada gizlətdiyi bilinmirdi. Ölümündən əvvəl qocalar evinə köçən kolleksiyaçının evində notarius əməkdaşları geniş axtarış aparıb.

Axtarış zamanı məlum olub ki, kolleksiya anbarda rəsm əsərinin arxasında gizlədilmiş divar boşluğunda gizlədilib. Onun evindən kolleksiyadan əlavə hər birində 172 20 frank qızıl sikkə olan 10 bağlama da tapıb. Bu məbləğ təxminən bir qızıl külçəsinə bərabərdir. Kolleksiyanın hərracdan əvvəl təxminən 2 milyon avroya (2,43 milyon dollar) satılacağı gözlənilirdi. Ancaq nəticə gözləntilərdən xeyli yüksək olub.

Şəbnəm Mehdizadə

Oxşar xəbərlər