- 00:30
Türkiyənin Sivas şəhərində 4 bal gücündə zəlzələ olub.
E-huquq.az xəbər verir ki, bu barədə Təbii Fəlakət və Fövqəladə Halların İdarə Edilməsi İdarəsi (AFAD) məlumat yayıb.
Bildirilib ki, zəlzələ Sivasın Gürün mahalında qeydə alınıb.
Yeraltı təkanlar yerli vaxtla saat 10.26-da, yerin 7 kilometr dərinliyində baş verib.
Dağıntı və tələfat barəsində məlumat verilməyib.
Humay Eminqızı