ABŞ Ukraynaya əlavə hərbi yardımı dayandırıb


  • 13 İyun 13:20

ABŞ-nin Nümayəndələr Palatasının Təxsisatlar Komitəsi 2026-cı maliyyə ili üçün müdafiə büdcəsini təsdiq edib.

E-huquq.az “Unian”a istinadən xəbər verir ki, layihədə ABŞ gələn il Ukraynaya əlavə 300 milyon dollar yardım ayırmaqdan imtina edib.

Belə ki, ABŞ-nin 2026-cı ildə müdafiə xərcləri 832 milyard dollar olacaq ki, bu da cari ilin müdafiə xərcləri ilə eynidir. Eyni zamanda, başqa məqsədlər üçün istifadə olunmayan vəsait hesabına xərclər potensial olaraq 1 trilyon dollara qədər arta bilər.

Konqresmenlər müdafiə büdcəsi layihəsində Ukraynaya yardımın 300 milyon dollar artırılmasını nəzərdə tutan düzəlişi dəstəkləməyiblər.

Humay Eminqızı

Oxşar xəbərlər