Alimlər 70 milyon il əvvəl yaşayan dinozavrda xərçəng aşkar edib


  • 13 İyun 13:28

Böyük Britaniya və Rumıniya alimləri təxminən 66-70 milyon il əvvəl indiki Rumıniya ərazisində yaşamış Telmatosaurus transsylvanicus adlı kiçik dinozavrın qalıqlarını araşdırıblar.

E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, alimlər mikroskoplardan istifadə edərək dinozavrın çənə sümüyündə əvvəllər müəyyən edilmiş şişlə əlaqəli eritrositlərə bənzər strukturların olduğunu aşkar edib. Tədqiqatçıların fikrincə, bu kəşf yumşaq toxuma qalıqlarının fosillərdə düşündüyümüzdən daha tez-tez saxlanıla biləcəyini göstərir.

Anglia Ruskin Universitetinin onkoloqu Justin Stebbing bildirib ki, sümük strukturlarından fərqli olaraq, yumşaq toxumalar zülalları ehtiva edir.

"Bu zülallar xəstəliklərin bioloji mexanizmlərini aşkar edə biləcək molekulyar məlumatları ehtiva edir" -deyə o əlavə edib.

Tədqiqatçılar hesab edirlər ki, yumşaq toxuma qalıqları xərçəngin necə əmələ gəldiyi və onun necə inkişaf etdiyi barədə də vacib məlumatlar verə bilər. Eləcə də , bu uyğunlaşmaların başa düşülməsi gələcəkdə insanlarda xərçəngin qarşısının alınması və müalicəsi üçün yeni yanaşmaların inkişafına töhfə verə bilər.

Humay Eminqızı

Oxşar xəbərlər