- 14:10
2024-cü il dekabrın 8-dən Türkiyədən Suriyaya könüllü qayıdanların sayı 273 mini keçib.
E-huquq.az xəbər verir ki, bu barədə Türkiyə prezizdentinin köməkçisi Cevdet Yılmaz məlumat verib.
"Əslində bu proses Türkiyənin "Barış Pınarı" və "Zeytun budağı" kimi əməliyyatlarla yaratdığı təhlükəsiz bölgə ilə artıq başlayıb. Bildiyiniz kimi, biz təhlükəsiz bölgə yaratmışıq. O vaxtdan bəri 1 milyondan çox suriyalı qardaş və bacımız öz ölkələrinə qayıdıb. Təbii ki, dekabrın 8-dən sonra bu proses sürətləndi. Gələn il bu rəqəmin sürətlə artmasını gözləyirik” - deyə o əlavə edib.
Şəbnəm Mehdizadə