- 14:10
Dünya üzrə məcburi köçkünlərin sayının 122 milyonu keçib.
E-huquq.az xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAİ) məlumat verib.
Məcburi köçkünlük sahəsində yeganə müsbət inkişafın Bəşər Əsəd rejiminin devrilməsindən sonra Suriyaya qayıdışların artması olduğuna diqqət çəkilib.
Köçürülmənin əsas səbəbi kimi Sudan, Myanma və Ukrayna kimi ölkələrdə davam edən böyük münaqişələr göstərilib. Hesabatda Sudanın 14,3 milyon qaçqın və məcburi köçkün ilə dünyada ən çox məcburi köçkün olan ölkə olduğu, ikinci yerdə 13,5 milyon nəfərlə Suriya, 10,3 milyon nəfərlə Əfqanıstan və 8,8 milyon nəfərlə Ukrayna olduğu qeyd edilib.
Humay Eminqızı