- 13:50
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Sudan nümayəndəsi Şible Sahbani, ölümcül vəba epidemiyasının qarşısını almaq üçün Xartum əyalətində 2,6 milyon insanı peyvənd etməyi hədəflədiklərini açıqladı.
E-huquq.az xarici KİV - ə istinadən xəbər verir ki, Münaqişələrin yaşandığı Sudanda bir çox insanın əsas infrastrukturun olmadığı paytaxt Xartuma qayıtmağa başladığını qeyd edən Sahbani, bir çox ailənin təmiz və təhlükəsiz su tapa bilmədiklərini, təhlükəli və çirkli mənbələrdən su içmək məcburiyyətində qaldıqlarını bildirib.
"Həddindən artıq izdihamlı yaşayış şəraiti, təhlükəli su və çökmüş səhiyyə sistemi vəba epidemiyasına səbəb olan ölümcül vəziyyət yaradıb. 2024-cü ilin iyul ayından bu yana ştatda 20,000-dən çox hadisə və bununla bağlı 250 ölüm faktı qeydə alınıb. İyun ayının Xartum əyalətində və digər bölgələrdə də yoluxmalarda kəskin artım müşahidə olunur. Ölkə üzrə 14 ştat və 98 rayonda qeydə alınıb, nəticədə 1854 nəfər ölüb”, - deyə Sahbani bildirib.
Sahbani, Sudan səlahiyyətlilərinin ÜST və BMT-nin Beynəlxalq Uşaq Fondunun (UNICEF) dəstəyi ilə Xartum əyalətinin 5 yüksək riskli bölgəsində 2,6 milyondan çox insanı qorumaq və ölümcül vəba xəstəliyinin qarşısını almaq məqsədi ilə 10 günlük vəba peyvəndi kampaniyasına başladığını vurğulayıb.
Humay Eminqızı