- 14:43
ABŞ maraqlarının təmsilçisi İsveçrə səfiri Nadin Lozano İranın Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb və ABŞ rəsmilərinin bəyanatları ilə bağlı ona etiraz bildirilib.
E-huquq.az xəbər verir ki, bu barədə məlumatı İran XİN yayıb.
Qeyd olunur ki, İsveçrə səfiri ABŞ-nin maraqlarını təmsil edən diplomat qismində nazirliyə dəvət olunub.
Xatırladaq ki, ABŞ-nin İranda səfirliyi olmadığı üçün Vaşinqtonun maraqlarını bu ölkədə İsveçrə təmsil edir.