Məzmuna keç

Netanyahu: İsrailin İran əməliyyatı aylar əvvəl hazırlanıb

İrana qarşı hərbi əməliyyatın planlaşdırılmasına hələ 2024-cü ilin noyabr ayında başlanılıb.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu bildirib

Onun sözlərinə görə, əməliyyatın başlanması əvvəlcə 2025-ci ilin aprel ayına planlaşdırılsa da, regionda yaranan təhlükəsizlik şəraiti səbəbindən proses sürətləndirilib.