Putin Pezeşkian və Netanyahu ilə danışdı - İsrailin hücumunu pislədi


  • 13 İyun 21:34

Rusiya Prezidenti Vladimir Putin İran lideri Məsud Pezeşkian və İsrailin Baş naziri Benyamin Netanyahuya zəng edib.

E-huquq.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, telefon danışığında İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatdan narahatlıq ifadə olunub.

Putin qeyd edib ki, Rusiya BMT nizamnaməsinə və beynəlxalq hüquqa zidd olaraq İsrail tərəfindən atılan addımları qətiyyətlə pisləyir.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və altı nüvə fizikası mütəxəssisi həlak olub.

Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran Prezidenti Məsud Pezeşkian və Ali Rəhbər Əli Xamanei İranın İsrailə cavab zərbəsi endirəcəyini bəyan edib.

Oxşar xəbərlər