İran Tel-Əvivdə nüvə tədqiqat mərkəzini vurdu


  • 14 İyun 09:18

İranın atdığı ballistik raketlərdən biri Tel-Əvivdə 50 mərtəbəli binada yerləşən nüvə tədqiqat mərkəzinə düşüb.

E-huquq.az xəbər verir ki, bu barədə “Al-Mayadeen” televiziya kanalı məlumat yayıb.

Eyni zamanda, Tel-Əviv dairəsinin komandanı İran hücumlarından şəhərə böyük zərər dəydiyini açıqlayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarından İrana zərbələr endirib. Hücum zamanı ölkənin nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb.

Hava əməliyyatları nəticəsində İranın bir neçə yüksək rütbəli ordu zabiti və altı nüvə fizikası mütəxəssisi həlak olub.

İranın buna cavab olaraq həyata keçirdiyi əməliyyat çərçivəsində İsrail ərazisinə çoxlu sayda ballistik raket atılıb.

Oxşar xəbərlər