İsrail ordusunun Baş Qərargahı: Qırıcılarla Tehrana hücum davam edəcək


  • 14 İyun 12:21

İsrail Hərbi hava Qüvvələrinin döyüş təyyarələri Tehrandakı hədəflərə hücum etmək üçün fəaliyyətə başlayacaq.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail Silahlı Qüvvələrinin Baş Qərargahından yerli KİV-ə bildirilib.

“Müntəzəm plana uyğun olaraq, Hərbi Hava Qüvvələrinin təyyarələri Tehrandakı hədəflərə hücum etmək üçün yenidən fəaliyyətə başlayacaq”, - açıqlamada deyilir.

Bildirilir ki, gecə saatlarında Hərbi Hava Qüvvələri İrana gedən yolda zenit sistemlərinin məhv edilməsini başa çatdırıb və yolu “təmizləyib” və təhlükələri aradan qaldırıb. Baş Qərargah qeyd edib ki, İranın paytaxtında bir sıra mühüm hədəflər vurulduqca, Tehranda İsrail qırıcıları üçün hərəkət sərbəstliyi daha da yaxşılaşır.

Oxşar xəbərlər