- 12:27
İranın nüvə proqramı ilə bağlı danışıqlar apardığı bir zamanda İsrailin zərbələrini ABŞ-la əlaqələndirməsi Vaşinqtonun etibarsızlığını göstərir.
E-huquq.az xəbər verir ki, bunu Pakistanın baş naziri Şahbaz Şəriflə söhbətində İslam Respublikasının Prezidenti Məsud Pezeşkian deyib.
"Sionist rejimin danışıqların ortasında İran ərazisini işğal etmək üzrə hərəkətlərinin ABŞ-la əlaqələndirilməsi ABŞ-ın qeyri-səmimiliyinin və etibarsızlığının əlamətidir", - prezidentin mətbuat xidməti onun sözlərini sitat gətirir.
M.Pezeşkianın sözlərinə görə, İsrail İrana qarşı təcavüzünü davam etdirəcəyi təqdirdə daha güclü cavab alacaq.