Netanyahu: İranın hər hədəfinə hava zərbələri endirəcəyik


  • 14 İyun 20:27

İsrail Hərbi Hava Qüvvələrinin təyyarələri tezliklə Tehran səmasında peyda olacaq və İranın hər bir obyektinə və hədəfinə zərbə endirəcək.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Benyamin Netanyahu yaydığı videomüraciətdə bildirib.

İsrail lideri deyib: "Yaxın gələcəkdə Tehran səmasında İsrail Hərbi Hava Qüvvələrinin təyyarələrini görəcəksiniz və biz İran rejiminin hər bir obyektinə və hər bir hədəfinə zərbə endirəcəyik”.

Oxşar xəbərlər