- 19:50
İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 10-a çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə İRNA agentliyi teleqram kanalında məlumat yayıb.
***
İranın Təl-Əviv ətrafında yaşayış binasına endirdiyi raket zərbəsi nəticəsində ölənlərin sayı 6-ya çatıb.
E-huquq.az xəbər verir ki, bu barədə "Kanal 12" agentliyi məlumat yayıb.
***
İrandan endirilən raket zərbələri nəticəsində İsraildə 200-ə yaxın insan yaralanıb.
E-huquq.az xəbər verir ki, bu barədə “Times of Israel” məlumat yayıb.
“İrandan gecə atılan raket hücumları nəticəsində xəsarət alanların sayı 200-ə yaxın olub”, - xilasetmə xidmətlərinin nümayəndəsi bildirib.
Bundan əlavə, ölənlərin sayı 4 nəfərə çatıb. Xilasedicilər Bat Yamda dağıntılar altından səkkiz yaşlı qızın cəsədini çıxarıblar.
Bundan əvvəl İran Silahlı Qüvvələrinin İsrailin Rehovot şəhərində Chaim Weizmann Elmi-Tədqiqat İnstitutunun binasına raket zərbəsi endirdiyi bildirilib.
***
Hazırda İsrailin Bat Yamdakı yaşayış məntəqəsinə edilən hücumda itkin düşmüş 35 nəfərin olduğu bildirilir.
E-huquq.az xəbər verir ki, məlumatı Shot telekanalı yayıb.
İranın İsrailə hücumları nəticəsində 24 saat ərzində ümumilikdə 11 nəfər ölüb, 350-dən çox insan yaralanıb.