İran-İsrail müharibəsi: Tehranda yaşayış binasına zərbə endirdi, beş nəfər öldü - FOTO - YENİLƏNDİ


  • 15 İyun 22:41

İsrail Müdafiə Ordusunun Tehranda yaşayış binasına endirdiyi zərbə nəticəsində azı beş nəfər ölüb.

E-huquq.az xəbər verir ki, bu barədə İran dövlət televiziyası (IRIB) məlumat yayıb.

Qeyd olunur ki, bina sıx məskunlaşmış ərazidə yerləşir, buna görə də "çoxlu sayda ölən və yaralananların olması ehtimalı yüksəkdir".

***

19.46

İsrail İranın Məşhəd hava limanına zərbələr endirib.

E-huquq.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Bildirilir ki, zərbədən sonra hava limanında yanğın baş verib.

***

16.30

Son saatlarda İsrailin hücumları təkcə Tehrana deyil, digər İran şəhərlərinə də yönəlib.

E-huquq.az xəbər verir ki, xüsusilə İsfahan şəhəri hücuma məruz qalıb.

İsrail mənbələri bu şəhərdəki nüvə tədqiqatları mərkəzinə hücum edildiyini iddia edir. Buna qarşılıq, İran KİV-ləri zərbənin məişət texnikası mağazasına dəydiyini bildirib.

***

15.29

İsrail Müdafiə Qüvələrinin (IDF) Tehrana hava zərbələri endirib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrail KİV məlumat yayıb.

Xatırladaq ki, İsrail Hərbi Hava Qüvvələri iyunun 13-də səhər saatlarında İrana zərbələr endirib. Hücum zamanı ölkənin Fordo və Natantz nüvə obyektləri, eləcə də hərbi bazaları hədəfə alınıb. İranın Atom Enerjisi Təşkilatı Natanz nüvə müəssisəsinin məhv edildiyini təsdiqləyib.

Hava əməliyyatları nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Salami, Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Baqiri, Ali Rəhbərin müşaviri Əli Şamxani, “Hatəm-əl-Ənbiya” Qərargahının rəisi Qulam Əli Rəşid, İran İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı Əmirəli Hacızadə daxil olmaqla iyirmi yüksək rütbəli zabit və doqquz nüvə fizikası mütəxəssisi həlak olub. Ümumilikdə isə, onlarla şəxsin həlak olduğu, yüzlərlə şəxsin isə yaralandığı bildirilir.

İran iyunun 14-ündə gecə saatlarında “Əsl vəd-3” adı altında paytaxt Təl-Əviv şəhəri İsrailin bir sıra şəhərlərinə raket zərbələri endirib.

Oxşar xəbərlər