- 01:34
İsrailliləri kritik əhəmiyyətli infrastruktur obyektlərinin yaxınlığında yerləşən əraziləri tərk etməyə çağırırıq.
E-huquq.az xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin bəyanatında deyilir.
"Hücumlara hərbi və güc mərkəzləri, qərar qəbuletmə mərkəzləri və komandanlıq qərargahları daxil olmaqla kritik və mühüm obyektlər məruz qalacaq", - ordu nümayəndəsi İran dövlət televiziyasının efirində çıxışı zamanı söyləyib.
Onun sözlərinə görə, yeraltı sığınacaqlar İsrail əhalisi üçün təhlükəsiz yer hesab edilə bilməz.
"İran İsrailin kritik infrastrukturunun yerləşdiyi yerlər haqqında tam məlumata malikdir", - bəyanatda deyilir.