- 08:31
İranda İsrail Müdafiə Qüvvələrinin (İMQ) hücumu nəticəsində 224 nəfər ölüb.
E-huquq.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin (SN) İnformasiya Mərkəzinin başçısı Hüseyn Kirmanpur sosial şəbəkədə bildirib.
Onun sözlərinə görə, son 65 saatda 1 481 nəfər xəstəxanaya yerləşdirilib. “Onların 90 %-dən çoxu mülki şəxslərdir”, – Kirmanpur qeyd edib. SN nümayəndəsi 522 nəfərin evə buraxıldığını, 224-nün öldüyünü vurğulayıb.
Xatırladaq ki, daha əvvəl Vaşinqtonda iqamət edən İranda İnsan Haqları Fəalları təşkilatı İMQ-nin zərbələri nəticəsində azı 406 nəfər öldüyünü, 654 nəfərin isə yaralandığını irəli sürmüşdü.