SEPAH-ın kəşfiyyat rəisi və müavini öldürüldü - YENİLƏNDİ


  • 01:00

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) daha üç yüksək rütbəli zabitinin öldürüldüyünə dair xəbəri təsdiqləyib.

E-huquq.az xəbər verir ki, bu barədə İranın dövlət televiziyası məlumat yayıb.

"SEPAH-ın kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi, onun müavini Həsən Mühəqqəq və general Möhsün Baqeri İsrailin Tehranda SEPAH-ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində dağıntılar altında qalıblar”, - məlumatda qeyd edilib.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) İsrailin hava zərbələri nəticəsində öldürülən iki yüksək rütbəli zabitinin kimliyi məlum olub.

E-huquq.azxəbər verir ki, bu barədə “Iran International” telekanalı məlumat yayıb.

Bildirilib ki, SEPAH-ın Kəşfiyyat idarəsinin başçısı Məhəmməd Kazımi və onun müavini Həsən Mühəqqəq həlak olub. Onlar İsrailin Tehranda SEPAH-ın kəşfiyyat idarəsinin binasına hücumu nəticəsində öldürülüblər və meyitləri dağıntılar altında qalıb.

***

İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) kəşfiyyat rəhbəri və onun müavini İsrail ordusunun dəqiq zərbələri nəticəsində zərərsizləşdirilib.

E-huquq.az xəbər verir ki, bu barədə İsrailin Baş naziri Binyamin Netanyahu bildirib.

Oxşar xəbərlər