- 13:51
Türkiyənin Qaziantep şəhərində ağır yol qəzası baş verib.
E-huquq.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Qaziantepin İslahiye rayonunda pikapın dərəyə aşması nəticəsində bir ailənin 3 üzvü ölüb, 1-i isə yaralanıb.
Yaralı şəxs təcili yardımla İslahiye Dövlət Xəstəxanasına aparılıb.
Hadisənin səbəbləri araşdırılır.
Şəbnəm Mehdizadə